Xaricdə təhsil üzrə məsləhətçi

StudyLab

Xaricdə təhsil üzrə məsləhətçi

1200 AZN

undefined 

 

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlərin müraciət etməsi xahiş olunur.

Vəzifə öhdəlikləri:

  • Xaricdə təhsil bölməsinin bütün xidmət və faəliyyətlərini effektiv şəkildə icrasını təmin  və idarə etmək;
  • Xaricdə təhsillə bağlı potensial müştərilərə konsultasiya xidmətləri göstərmək və bu konsultasiyaları effektiv şəkildə satışa çevirmək;
  • Xarici universitetlərin proqramlarını və yeni partnyorluq əlaqələrini genişləndirmək məqsədi ilə müntəzəm şəkildə araşdırmaq və izləmək;
  • Yeni əməkdaşlıqlarla bağlı araşdırmalar edərək təkliflər hazırlayıb rəhbərliyə təqdim və müzakirə etmək;
  • Ölkə üzrə keçirilən müvafiq tədbirlərdə StduyLab şirkətini təmsil etmək;
  • Xaricdə təhsil, yay məktəbləri, dil kursları və digər aidiyyatı xidmətlərin tanıdılması və müştərilərin cəlb edilməsi istiqamətində fəaliyyət göstərmək;
  • Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırmaq;
  • Digər tapşırılan müvafiq vəzifələri yerinə yetirmək; Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;

Namizəddən tələblər:

  • Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;
  • Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;
  • Potensial müştəriləri real müştərilərə çevirməyi bacaran, satış üzrə peşəkar;
  • Şərqi Avropa, Qərbi Avropa, Amerika, Kanada, Böyük Britaniya daxil olmaqla, xarici ölkələrin təhsil sistemlərini yüksək səviyyədə bilən mütəxəssis;
  • İngilis dilini Advanced səviyyədə bilmək (2-ci xarici dil bilənlərə üstünlük verilir);
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər
  • Tanınmış ali təhsil müəssisəsinin məzunu olmaq;
  • Xaricdə təhsil sahəsində çalışan namizədlərə üstünlük verilir.

Şərtlər:

  • Bazar ertəsi – Cümə 09:30 -18:30  / Şənbə 10:00  - 16:00
  • Əmək haqqı :1200 azn+bonus
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi 
  • “StudyLab” Mərkəz Ofis / Ünvan:  Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası: [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – Xaricdə təhsil üzrə məsləhətçi yazıb CV göndərməklə müraciət edilir.

Son müraciət tarixi: 25 Yanvar 2023

Elanın bitmə tarixi: 23.01.2023