Coders Azerbaijan
CS Windows Instructor
Vəzifə öhdəlikləri:
Təhsil və ixtisaslaşma:
Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli ixtisaslar üzrə bakalavr və ya magistr təhsili.
CompTIA A+, Windows Server, Endpoint Administrator və s. kimi Microsoft sertifikatlardan birinə və ya bir neçəsinə malik olmaq.
Peşəkar təcrübə:
Windows və Windows Server əməliyyat sistemlərinin qurulması (installation), sazlanması, əməliyyat sistemi səviyyəsində təhlükəsizliyinin təmin olunması, problemlərin aradan qaldırılması və scriptlərin yazılmasında praktiki təcrübə.
Windows əməliyyat sistemlərinin inzibatçılığı sahəsində təcrübə ən azı 3-5 il təcrübə.
Tədris və Ünsiyyət Bacarıqları:
Bilik və bacarıq səviyyələri fərqli olan tələbələrə mürəkkəb texniki anlayışları effektiv şəkildə çatdırmaq üçün güclü ünsiyyət bacarıqları.
Tədris metodunda müxtəlif öyrənmə üsullarından istifadə etmək, dərsləri cəlbedici və interaktiv təşkil etmək bacarığı.
Davamlı şəkildə tələbələrin öyrənmə prosesini dəstəkləmək, onların suallarını cavablayarkən və üzləşdikləri problemləri həll edərkən səbr nümayiş etdirmək.
Tələbələrin problemlərini həll etmək və suallarına effektiv cavab vermək üçün güclü problem həll etmə bacarıqları.
Tədris proqramının hazırlanması:
Mühazirələr, tapşırıqlar, laboratoriyalar, yoxlama sualları və layihələr daxil olmaqla kursu materiallarının layihələndirilməsi və hazırlanması bacarıqları.
Windows əməliyyat sistemləri ailəsini təqib etmək, ən son versiyalar, alət və texnologiyalardan məlumatlı olub onlardan tədris prosesində tətbiq etməyi bacarmaq.
Təqdimat və ictimai çıxış:
Maraqlı və məlumatlandırıcı təqdimatlar etmək bacarığı.
Tələblər qarşısında, ehtiyac olduqda isə kursdan kənar konfrans və seminarlarda rahat çıxış etməyi bacarmaq.
Ümumi tələblər:
Etik davranışa əməl etmə və tələbələrə etik təcrübələri aşılamaq bacarığı.
Peşəkarlıq və müxtəlif sahələrdə kibertəhlükəsizliyin əhəmiyyətini yaxşı başa düşmək.
Biliklərini davamlı olaraq yeniləmək.
Müxtəlif İT forumlarda, konfranslarda və tədbirlərdə fəal iştirak alqışlanır.
Daha əvvəl kurslarda, inversitetlərdə bu sahədə təlim və tədris təcrübəsi varsa bu alqışlanandır.
Əmək haqqı qənaətbəxşdir.
Müraciət üçün CV-nizi [email protected] e-mail ünvanına “CS Windows Instructor” başlığında göndərməyiniz xahiş olunur.
Qeyd edək ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Elanın bitmə tarixi: 28.10.2023