MKT İstehsalat Kommersiya MMC
Qrafik Dizayner
Vəzifə öhdəlikləri:
Marketinq şöbəsinin hər kommunikasiya fəaliyyəti üçün vizual konsepsiyanın yaradılması və proseslərin yerinə yetirilməsi;
Şirkətin brend təlimatları çərçivəsində yüksək vizual təsirli materialların istehsalı və çatdırılması üçün tələb olunan bütün dizayn mənbələrinin, iş həcminin müəyyən edilməsi ;
Brendin idarə edilməsində və konsepsiyanın hazırlanmasından başlayaraq layihənin firma və lisenziyalı məhsullarının və kompaniyalarının reallaşdırılmasına qədər kreativ inkişafında şöbənin rəhbərinə dəstək olunması;
Layihə tapşırıqlarının istehsalında Marketinq şöbənin rəhbərinə dəstək olunması;
Gündəlik dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi;
Şirkətin fəaliyyəti ilə bağlı dizayn işlərinin görülməsi; brand book, jurnal, korporativ və promo məhsulların, buklet, flayerlərin, kataloqların və vizitkartların dizaynı;
Video çarxların təqdimatı və əlavə video/foto məzmunun təqdimatı üçün əsas vizual təsvirlərin, animasiya qrafiklərinin yaradılması;
SMM postları üçün qrafik və motion dizaynların hazırlanması;
Dizayn üçün lazım olan foto və video kontentin toplanması;
Proqram təminatı məhsullarının UI/UX interfeyslərinin mövcüd dizaynlarının inkişaf etdirilməsi;
Dizaynlardakı problemlərin və defektlərin aşkarlanması və aradan qaldırılması;
Mobil tətbiqetmələrin, saytların və web interfeyslərin layihə və dizaynının hazırlanmasında “reviewer” olaraq iştirak edilməsi və dizayn yığıldıqdan sonra, onun yoxlanılması.
Tələblər:
Təhsil: Ali
Təcrübə: 1 il
Sertifikatlar: Photoshop, Illustrator, After Effects, Adobe İndesign, Corel Draw ( Başlanğıc biliklə), Figma üzrə təlimlərə aid sertifikatlar arzu olunandır
Dil bilikləri: Azərbaycan – Səlis ünsiyyət bacarığı;
Texniki biliklər:
Ali təhsil (marketinq, kommersiya, iqtisadiyyat üzrə);
MS Office proqramları.
Çap və web ( social media paylaşımları) materialları hazırlama bacarığı
Photoshop, Illustrator, After Effects, Adobe İndesign, Corel Draw ( Başlanğıc biliklə), Figma üzrə işləmə bacarğı
Səriştə və bacarıqlar:
Görülən işləri texniki cəhətdən sənədləşdirilməsi və planlamasını aparmaq;
Sərbəst araşdırmalar etməyi bacarmalı.
Analitik və kreativ zəka, insanlarla işləmək qabiliyyəti;
Ünsiyyətcil,məsuliyyətli,təşəbbüskar;
Photoshop, Illustrator, After Effects proqramlarında işləmək bacarığı
Müraciət üçün link: https://glorri.com/mktcotton/6576cadd1e506c881447e61f-Qrafik%20Dizayner?sources
Elanın bitmə tarixi: 12.01.2024