Amal Group

İnteryer dizayner

1000 - 1500 AZN

undefined 

 

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (müvafiq sahə üzrə),
  • Kompüter bilikləri: MS Office proqramları, Autocad, 3DMAX, Archicad, Corona və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan və Rus dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur, 
  • İş təcrübəsi: İnteryer dizayn işləri üzrə 3 ildən az olmayaraq iş stajı. 
  • Zəruri hallarda ölçü götürmək məqsədi ilə məkana getmək;
  •  Planlaşdırma qabiliyyəti və punktual olması. 
  •  Müştəri ilə işləmə qabiliyyəti. 

Vəzifə öhdəlikləri:

  • Daxili dizayn, texniki cizgilər və 3D vizualizasiya layihələrinin hazırlanması. 
  • Memar tərəfindən verilən layihələrdə düzəlişlərin edilməsi.

Bilik və bacarıqlar: 

  • Bədii estetikanı və erqonomikanı;
  • Müasir və klasik üslub istiqamətlərini bilməsi,
  • İnteryerin texniki tələblərini və normativlərini bilməsi,
  • Konstruksiya ilə işləmə qabiliyyəti,
  • Ediləcək layihənin ölçülərinin götürülməsi bacarığı,
  • Optimal dizayn qərarlarını vermə qabiliyyəti, 
  • Layihə sənədləşməsinin vahid sistemini, layihə sənədlərinin tərtibini, işlənib hazırlanmasına qoyulan tələbləri, tikinti norma və qaydalarını (QOST-lar və s.); 
  • Yaşayış binaları, kiçik və orta ölçülü binalarda istifadə olunan ümumi konstruksiya və qeyri-konstruksiya üsulları; 
  • İnteryerin-eksteryerin qurulması ilə əlaqədar istifadə olunan materiallar və üsullar; 
  • İnteryer-eksteryerin layihələndirilməsi ilə əlaqədar qanunla müəyyən edilmiş planlaşdırma normaları;

İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00

İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus 

Əmək haqqı: 1000-1500 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “İnteryer dizayner" adını qeyd edərək [email protected] e-ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. 

Elanın bitmə tarixi: 14.01.2023