Adobe Premier və Adobe After Effects proqramlarını bilmək üstünlükdür.
Xarici dillər arzuolunandır
Namizədə tələblər:
Kreativ yanaşma
Məsuliyyətli və diqqətli olmaq
Komandada işləmə bacarığı
Bu sahədə minimum 2 il iş təcrübəsi
Kreativ portfolioya malik olmaq
İş barədə məlumat:
Şirkətin reklam kampaniyasının bütün mərhələlərinə dair müxtəlif dizaynlar edir, koporativ üslub yaradır, təqdimatlar hazırlayır və ona verilən digər dizayn işlərini həyata keçirir;
Daxildə məlumat əsasında dizayn işlərinin tələb olunan vaxtda və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin edir;
Reklam materiallarını (kataloq, jurnal, flayer, broşura və s.) dizayn edir;
Verilmiş təlimatlar, göstərişlər və məlumat əsasında, dizayn işlərini zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin edir;
Korporativ üslubun yaradılmasını və qorunmasını təmin edir;
Qrafik proqramlardan istifadə edərək dizayn fayllarının xüsusi effektlərlə hazırlanmasını təmin edir;
Dizayn üzrə eskizləri və ilk maketi hazırlayır, rəhbərlikdən və müştəridən gələn düzəlişləri icra etdikdən sonra, dizayn maketinin (çap üçün) hazırlayaraq təqdim edir.
Əlavə məlumatlar:
Əmək haqqı: Müsahibə əsasında
İş qrafiki: 5 gün, 09:00 – 18:00.
Korporativ nömrə və danışıq balansı
AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini və portfoliosunu e-mailin mövzu hissəsində “Qrafik dizayner” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.