Müştəri təcrübələri üzrə baş mütəxəssis ( İpoteka sahəsi)
Azərbaycan Beynəlxalq Bankı
Müştəri təcrübələri üzrə baş mütəxəssis ( İpoteka sahəsi)
Vakansiyanın təsviri:
Komandanın fəaliyyət istiqaməti üzrə məhsulun optimallaşdırılması, innovativləşdirilməsi istiqamətində davamlı işin aparılması;
Biznes tapşırığa əsasən məlumatların təhlili, uyğun model və yanaşmaların tətbiq olunması;
Müştəri seqmentlərinin/alt-seqmentlərinin müvafiq məhsul (lar) üzrə səyahətinin (journey) araşdırılması və satışlara müsbət təsir edə biləcək təkliflərin hazırlanması;
Maraqlı tərəflərlə əlaqə yaratmaq və bu əlaqələri davam etdirməklə onlara vizyon, strategiya, ideyalar və gedişatla bağlı dolğun məlumatların kommunikasiya edilməsi;
Öz istiqaməti üzrə müştərilərin məhsul və xidmət ehtiyaclarının müəyyən olunması;
Bankın mövcud və planlaşdırılan satış kanalları ilə satışların Vebsayt (mobile app) vasitəsilə əlaqələndirilməsi;
Müştərilərin geridönüşlərinin mütəmadi qaydada təhlil edilməsi və ehtiyac duyulduğunda məhsul, xidmət, satış kanalı və kampaniya səviyyəsində yenilənmələrin edilməsi üzrə təşəbbüslərin irəli sürülməsi;
Ehtiyac olduqda bankın digər struktur bölmələri ilə əməkdaşlığın qurulması;
Sahibliyi həyata keçirilən məhsulla bağlı yerinə yetirilməmiş işlərin siyahısının tərtib edilməsi, yenilənməsi və prioritetləşdirilməsi;
Komanda üzvləri (dizayner, biznes analitik, developer və s.) ilə mütəmadi əlaqədə olaraq biznes tələblərinin tətbiq edilməsi;
Tribe tələblərinə uyğun məlumatın toplanması, təhlili və hesabatların hazırlanması;
Strateji qərarların verilməsində və dəyişdirilməsində, habelə əsas bizneslə bağlı fəaliyyətlərin dəstəklənməsi məqsədiylə data və statistik analizlərin aparılması;
Biznes strukturları və rəhbərlik üçün vizuallaşdırma alətlərindən istifadə edərək hesabatların hazırlanması;
Görüləcək işləri ilkin texniki araşdırmaq,
Agile komandası ilə texniki tapşırıqları müzakirə etmək.
Vebsaytların (mobil tətbiq) inkişaf etdirilməsi üçün daxili və xarici bazarları araşdıraraq innovativ həlləri tətbiq etmək;
Biznesin inkişaf etdirilməsi və optimallaşdırılması üçün müştərilər ilə keçiriləcək sorğuların detallarının və müştəri bazasının müəyyən olunması.
Xüsusi tələblər:
Ali təhsilə ( Magistr təhsili üstünlükdür);
Bank sahəsində minimum 3 il iş təcrübəsinə;
Rəqəmsal biznes məhsullarının yaradılması sahəsində iş təcrübəsinə;
Vebsaytların (mobil tətbiq) strukturu və işləmə prinsipləri üzrə biliklərə (HTML strukturu);
Vebsayt (və ya mobil tətbiq) yaradılması və inkişaf etdirilməsi sahəsində iş təcrübəsinə;
Vebsaytların analizi və keyfiyyət ölçülərinin (metriklər) müəyyən olunması və inkişaf etdirilməsi üzrə biliklərə;
SEO xidmətləri və UTM parametrləri üzrə anlayış və təcrübəyə;
Vebsaytlar üzrə biznes tələblərin tətbiq edilməsi üçün ilkin texniki biliklərə (basic səviyyədə Java);
Vebsaytların data strukturunun müəyyən olunması üzrə təcrübəyə;
ETE (End-to-End) proseslərinin qurulması və optimallaşdırılması üzrə təcrübəyə;
Müştərilərin ödəmə qabiliyyətinin hesablanması üzrə onlayn proseslərin qurulması (skorinq) sahəsində təcrübəyə;
İngilis dili biliklərinə (orta səviyyədə);
Müştəri müraciətlərinin qəbul olunması və inkişaf etdirilməsi üçün partnyor şirkətlər ilə əməkdaşlıq sahəsində təcrübəyə;
BPMN sistemləri üzrə (Figma, draw.io, Miro və s.) üzrə biliklərə;
Yüksək səviyyədə MS Excel biliklərinə;
Məlumatların analizi və istifadəsi sahəsində biliklərə, SQL üzrə işlək biliklərə;
Orta səviyyədə məlumatların vizuallaşdırılması üzrə biliklərə (Tableau, QlikSense);
Scrum/Agile komandada minimum 1 il iş təcrübəsinə;
Strateji və taktiki düşüncə qabiliyyətinə;
Komandada və fərdi şəkildə işləmək bacarığına;
Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.