Star Mining

Baş anbardar

1500 AZN

undefined

 

 Vakansiyanın təsviri:

 

  • Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
  • Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
  • Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
  • Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
  • Anbarda sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
  • Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
  • Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal - materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
  • Malların hərəkəti ilə bağlı bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təmin etmək, əməliyyatların icrasını yoxlamaq (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
  • Gündəlik, həftəlik və aylıq anbar hərəkəti barədə hesabatın ilkin sənədlər əsasında hazırlanmasını təmin etmək
  • Yararsız vəziyyətə düşümüş mal-materialların hərəkətini əks etdirən gündəlik, həftəlik və aylıq anbar hesabatın hazırlanmasını təmin etmək
  • İşlənmiş, lakin yararlı vəziyyətdə olan mal-materialların hərəkətini əks etdirən gündəlik, həftəlik və aylıq anbar hesabatın hazırlanmasını təmin etmək
  • Anbar ərazisində yeni, yararsız vəziyyətə düşümüş, işlənmiş, lakin yararlı vəziyyətdə olan mal-materialların biri-birindən ayrı yerləşdirilməsini təmin etmək
  • Daxili prosedurlara uyğun zərərsizləşdirilmək üçün ayırılmış mal-materiallar üzrə gündəlik, həftəlik və aylıq anbar hesabatın hazırlanmasını və həmin malların anbar ərazisində digər anbar qalıqlarından ayrı yerləşdirilməsini təmin etmək
  • Daxili prosedurlara uyğun istismardan çıxarılmış (işlənmiş) və kənara satış üçün ayırılmış mal-materiallar üzrə gündəlik, həftəlik və aylıq anbar hesabatın hazırlanmasını və həmin malların anbar ərazisində digər anbar qalıqlarından ayrı yerləşdirilməsini təmin etmək
  • anbar hərəkətləri ilə bağlı bütün əməliyyatların 1C: 8.3 proqram təminatı bazasında yaradılmış ERP sisteminin anbar modulunda anında işlənilməsini təmin etmək
  • Daxili prosedurlara uyğun yararsız vəziyyətə düşümüş və işlənmiş, lakin yararlı vəziyyətdə olan mal-material qalıqlarının həftəlik inventarizasiyasının aparılmasında iştirak etmək
  • Əmək haqqı: 1500 azn
  • İş vaxtı: həftədə 5 gün, 08:00-dan 17:00-dək

 

Xüsusi tələblər:

 

  • Yaş həddi:27-40
  • Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi
  • İngilis dilini bilməsi arzu olunandır
  • Office proqramlarında peşəkar işləmək bacarığı
  • Komandada işləmək bacarığı
  • İşinə məsuliyyətli yanaşma, diqqqət və çeviklik
  • Yüksək idarəetmə qabiliyyəti
  • İşinə məsuliyyətli yanaşma

 

Müraciət etmək üçün: [email protected] 

Elanın bitmə tarixi: 14.07.2023